Haqqımızda
gym.az - Bakıda yerləşən yoqa, fitnes, pilates və s. kimi idman mərkəzlərini birləşdirən onlayn platformadır.
Gym.az-ın əsas məqsədi idmanı həyatının mərkəzi etmiş və idmanla məşğul olmağa başlayan bütün şəxslər üçün idman mərkəzlərini daha əlçatan etməkdir.
Platforma yalnız fiziki şəxslər üçün deyil, sahibkarlar üçün də əlverişlidir. Burada idman klubunu qeydiyyatdan keçirənlər, məkanları haqqında məlumatları insanlar üçün daha əlçatan edib, reklam dəyərini artıra bilərlər.
Platformamızda istifadəçi olan şəxslər sadəcə abunə olmaqla gym.az-da qeydiyyatdan keçmiş sevimli klublarında baş verən yeniliklərdən dərhal xəbərdar olacaqlar.
Beləliklə, gym.az sizə işinizə, evinizə yaxın, büdcənizə ən uyğun idman mərkəzini və sizi məşq etməyə həvəsləndirəcək məşqçinizi seçməkdə kömək edir.
Həmçinin, sizi saytımızda olan kalkulyatorlar bölməsi ilə edəcəyiniz məşqlərə rəhbər olacaq əsas məlumatları hesablamaq imkanı ilə də təmin edirik.